"Sibel Canın konsertinə getmərəm, səhnədə "aferistlik" edir"


Şou-biznes 27 Okt 2018 18:00:00 279 0

"Sibel Canın konsertinə getmərəm, səhnədə "aferistlik" edir"

"Etiraf edəcəm, yenə söz-söhbət yaranacaq. Sevdiyim müğənninin konsertinə gedirəm. Azərbaycana gələn qonağın konsertinə getmirəm. Türkiyədə konsert verəndə oradakılar gəlir mənim konsertimə? Nə qədər konsert vermişəm Türkiyədə, kimsə gəlib gül verib?".

Son.az axşam.az-a istinadən bildirir ki, bu sözləri müğənni Roza Zərgərli "Lider Maqazin"ə açıqlamasında deyib. Sənətçi xaricdən gələn müğənnilərin konsertinə gedən yerli ifaçıları qınayıb:

"Heydər Əliyev Sarayında İqor Krutoyun yaradıcılıq gecəsinə 500 manata bilet alıb getmişdim. Bir çox müğənnilər var idi. Murad Bozun konsertinə gedəcəm. Sibel Canın konsertinə getmərəm, çünki səhnədə "aferistlik" edir. Zil yerləri oxumur, vokalçılar oxuyur. Bizimkilər onu paylaşıb, sənətkar deyir. Nə sənətkar? Bizimkiləri zibil edir, onları qaldırırlar".