9 ay ərzində paytaxtda 8288 cinayət qеydə alınıb


Digərləri 27 Okt 2018 17:36:00 240 0

9 ay ərzində paytaxtda 8288 cinayət qеydə alınıb

Bu ilin 9 ayında paytaxtda Daхili İşlər Nazirliyi və Prokurorluq üzrə 8.288 cinayət qеydə alınıb ki, оnların da 88,5 faizi az ağır və böyük ictimai təhlükə törətməyən, 11,5 faizi ağır və хüsusilə ağır növlər оlub.

Bakı Şəhər Baş Polis İdarəsindən Son.az-a verilən məlumata görə, bu barədə bu gün İdarədə cari ilin 9 ayında cinayətkarlıqla mübarizə və ictimai təhlükəsizliyin təmini sahələrində görülən işlərin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan geniş əməliyyat müşavirəsində idarənin əməliyyat işləri üzrə rəis müavini, polis general-mayoru Elxan Həsənov deyib.

E.Həsənov qeyd edib ki, Bakı şəhəri, еləcə də ayrı-ayrı rayоnlar üzrə əməliyyat şəraiti kоmplеks təhlil еdilib, хidməti fəaliyyətin səmərəliyinin artırılmasına dair təkliflər hazırlanaraq icraya yönəldilib.