Ukrayna Prezidenti Türkiyəyə rəsmi səfərə gedəcək


Dünya 27 Okt 2018 16:40:00 229 0

Ukrayna Prezidenti Türkiyəyə rəsmi səfərə gedəcək

Bu il noyabrın 3-də Ukrayna Prezidenti Petro Poroşenkonun Türkiyəyə rəsmi səfəri olacaq.

Son.az Report-a istinadən xəbər verir ki, ali qonaq Türkiyə - Ukrayna Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 7-ci iclasında iştirak edəcək.

Türkiyənin diplomatik mənbələrinə görə, siyasət, iqtisadiyyat, müdafiə, habelə mədəniyyət və təhsil sahələrindəki əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi məsələlərinin müzakirə ediləcəyi iclasda tərəflər sərbəst ticarət, təhlükəsizlik, terrorla mübarizə ilə bağlı imzalanacaq sənədlər ətrafında müzakirələr aparacaqlar.