Azərbaycan deputatı Gürcüstanda prezident seçkilərini müşahidə edəcək


Digərləri 27 Okt 2018 16:16:00 229 0

Azərbaycan deputatı Gürcüstanda prezident seçkilərini müşahidə edəcək

Azərbaycan deputatı Gürcüstanda prezident seçkilərini müşahidə edəcək.

Son.az Trend-ə istinadən bildirir ki, Milli Məclisin deputatı Musa Quliyev oktyabrın 27-dən 29-dək Gürcüstanın paytaxtı Tbilisidə səfərdə olacaq, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin xətti ilə müşahidəçi qismində oktyabrın 28-də keçiriləcək Gürcüstan Prezidenti seçkilərinin gedişini izləyəcək.

Seçki günü deputatımız demokratik seçki qaydalarına riayət edilməsinə, müxtəlif seçki məntəqələrində iradəsini ifadə edən vətəndaşların fəallığına, səsvermə prosesində onların hüquqlarının təmin olunmasına diqqət yetirəcək.