Diaspor fəaliyyətində Misirlə əməkdaşlıq məsələləri müzakirə olunub (FOTO)


Digərləri 27 Okt 2018 16:15:00 216 0

Diaspor fəaliyyətində Misirlə əməkdaşlıq məsələləri müzakirə olunub (FOTO)

Bu gün Diasporla İş üzrə Dövlət Komitəsində Misirin Parlament sədrinin birinci müavini Əs-Seyyid Mahmud Əş-Şərifin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib.

Bakı. Bu gün Diasporla İş üzrə Dövlət Komitəsində Misirin Parlament sədrinin birinci müavini Əs-Seyyid Mahmud Əş-Şərifin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib. Komitədən Trend-ə verilən məlumata görə, görüşdə Misir-Azərbaycan əlaqələri, Misirdəki Azərbaycan icmasının ölkənin mədəni, sosial, iqtisadi həyatındakı rolu müzakirə olunub. Dövlət Komitəsinin sədri qeyd edib ki, iki ölkə arasında münasibətlərin daha da inkişaf etməsində xalqlarımız arasında tarixi əlaqələrin, prezidentlərin qarşılıqlı səfərlərinin, eləcə də diaspor təşkilatlarının böyük rolu var. Azərbaycanla Misir arasında mədəni, iqtisadi və digər sahələrdə olduğu kimi diaspor fəaliyyətində də münasibətlərin inkişaf etdirilməsinin vacibliyi vurğulanıb. Bu məqsədlə Dövlət Komitəsi ilə Misirin Miqrasiya və Xaricdəki Misirlilərlə İş üzrə Dövlət Nazirliyi arasında əlaqələrin qurulması qərara alınıb. Qarşılıqlı əməkdaşlığın Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında da səmərəli olacağı diqqətə çatdırılıb.