Bank müştərilərinin sayı ilin əvvəlindən 8% artıb


Digərləri 27 Okt 2018 15:44:00 245 0

Bank müştərilərinin sayı ilin əvvəlindən 8% artıb

Azərbaycanın bank sektorunun müştəri bazası aylıq müqayisədə 45 614 nəfər artaraq bu il avqustun 1-nə 6 230 166 nəfər təşkil edib.

Son.az bildirir ki, bu barədə Report Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər yayıb.

Məlumata görə, müştərilərin 6 130 596 nəfəri fiziki, 99 570 nəfəri hüquqi şəxslərdir. Sentyabrda fiziki şəxslərin sayında 44 980 nəfər, hüquqi şəxslərin sayında isə 634 nəfər artım qeydə alınıb.