Zaurun vəziyyəti pisləşdi


Şou-biznes 27 Okt 2018 15:09:00 323 0

Zaurun vəziyyəti pisləşdi

Aparıcı Zaur Baxşəliyev "Bizimləsən" verilişində hipertonik kriz keçirib.

Son.az publika-ya istinadən xəbər verir ki, bu barədə aparıcı "Zaurla Günaydın" verilişinin bugünkü buraxılışında özü məlumat verib. O, bildirib ki, hadisə 2 gün əvvəl "Bizimləsən"in çəkilişlərində baş verib.

"Bir saat efirə çıxa bilmədim. Çünki halım yaxşı deyildi. Verilişə çıxıb insanların üzərinə yıxılmaq istəmədim. Mən reytinqə işləmirəm, öz hayımda idim", - deyərək Z.Baxşəliyev reytinq naminə efirdə huşunu itirən həmkarlarına söz atıb.