"Gənclik Mall"un qarşısı çəpərləndi


Digərləri 27 Okt 2018 13:04:00 304 0

"Gənclik Mall"un qarşısı çəpərləndi

Son.az xəbər verir ki, bu Bakının ən böyük ticarət mərkəzlərindən biri olan "Gənclik Mall"un qarşısındakı səkinin müəyyən hissəsi dəmir məhəccərlə əhatələnib.

Bakı Nəqliyyat Agentliyinin İctimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev bildirib ki, bunu etməkdə əsas məqsəd ilk növbədə piyadaların istiqamətləndirilməsi və onların yolun hərəkət hissəsinə çıxmasının qarşısını almaqla hərəkətin təhlükəsizliyinin təmin edilməsidir:

"Digər məqsəd isə qeyd edilən ərazidə nəqliyyat vasitələrinin, xüsusən də taksi minik avtomobillərinin dayanma durma qaydalarına zidd saxlanılmasının qarşısını almaqdır. Fətəli xan Xoyski küçəsində nəqliyyatın normal və maneəsiz hərəkətini təmin etmək, sərnişindaşımalarda təhlükəsizliyin və keyfiyyətin artırılması məqsədi ilə dayanma durma qaydalarını pozanlar barəsində inzibati cərimələrin tətbiq edilməsi işləri də aparılır".


Xəbərə aid fotolar