DİN: Bir gündə ölkədə 11 cinayət qeydə alınıb


Digərləri 27 Okt 2018 10:54:00 314 0

DİN: Bir gündə ölkədə 11 cinayət qeydə alınıb

Oktyabrın 26-dan 27-dək respublikanın daxili işlər orqanları tərəfindən 111 cinayət faktı qeydə alınıb.

Daxili İşlər Nazirliyindən Son.az-a verilən məlumata görə, qeydə alınan cinayətlərin 18-si "isti izlər"lə açılıb.

Əvvəlki dövrlərdən bağlı qalmış 1 cinayətin açılması təmin olunub, axtarışda olduğuna görə ümumilikdə 37 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər, borclu şəxs qismində axtarışda olan 28 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Məlumata görə, ötən gün respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 7 nəfər xəsarət alıb.