Qız göbəyini kəsib, sevdiyi oğlana göndərdi "Zamanı geri qaytarmaq olsaydı..."


Digərləri 27 Okt 2018 09:54:00 437 0

Qız göbəyini kəsib, sevdiyi oğlana göndərdi  "Zamanı geri qaytarmaq olsaydı..."

"Zamanı geri qaytarmaq imkanım olsaydı, bir daha bu səhvlərimi təkrarlamazdım"

Son.az xarici mətbuata istinadla xəbər verir ki, Meksikanın Jalisko ştatında yaşayan 23 yaşlı Paulina Casillas Landeros göbək dəliyini kəsib, keçmiş sevgilisinə hədiyyə kimi göndərib.

"Keçmiş sevgilimi həddindən artıq çox sevirdim. O, bütün məsələlərdə mənim yanımda olmuşdu. Bu səbəbdən də ona bədənimdən bir parça hədiyyə etdim. Kəsilmiş göbəyimi kiçik paketə qoyub, üzərinə "səni sevirəm" yazıb göndərdim. O, göbəyimi ömrünün sonuna qədər saxlayacaq. Hazırda yaxın dostuq. Amma, bir-birimizi həmişə sevəcəyik".

Paulina 2015-ci ildə göbək dəliyini kəsərək keçmiş sevgilisi Daniel Ramirezə göndərib.

Paulina hazırda çox peşman olub. O, öz hərəkətlərini səhv olaraq dəyərləndirib.

Hazırda turizm ixtisası üzrə təhsil alan Pulina bunun səbəbini ailə sevgisi görməməklə əlaqələndirir.

"Mənim hər zaman ailəmlə problemlərim olub. Həmin vaxtlarda da onlarla yaxın deyildim.


Xəbərə aid fotolar