Tramp ABŞda siyasi zorakılığa yol verməyəcəyini bildirib


Dünya 27 Okt 2018 08:38:00 218 0

Tramp ABŞda siyasi zorakılığa yol verməyəcəyini bildirib

ABŞ prezidenti Donald Tramp bildirib ki, onun ölkəsində siyasi zorakılığa yer olmamalıdır.

Son.az "Report"a istinadən bildirir ki, bunu o, Ağ evdə çıxışı zamanı deyib.

Tramp ona qarşı çıxış edən insanlara partlayıcı qurğu göndərməkdə şübhəli bilinən şəxsin həbs olunduğunu bildirib və hüquq-mühafizə orqanlarının bu işdə operativliyini qeyd edib.

"Heyranedici işdir!", - deyə ABŞ prezidenti söyləyib.

"[Cəmiyyətə] qarşı belə terror və ləyaqətsiz hərəkətlər qəbuledilməzdir, bizim ölkədə onlara yer yoxdur!", - deyə Tramp afroamerikalılar arasında gənc liderlər forumunda bildirib.