Nokia yeni düyməli telefonunu təqdim edəcək


Digərləri 27 Okt 2018 08:21:00 250 0

Nokia yeni düyməli telefonunu təqdim edəcək

"HMD Global" şirkəti hər il "Nokia" brendinə məxsus smartfonlarla müqayisədə daha çox telefon satır. Buna görə Finlandiya şirkətinin öz portfoliosuna tez-tez yeni düyməli telefonlar əlavə etməsində təəccüblü heç nə yoxdur. Şirkətin Hindistanda yerləşən bölməsinin direktoru və vitse-prezidenti Ecey Mehta "DNAIndia" nəşrinə müsahibəsində bu planları təsdiq edib.   Son.az ICTnews-a istinadən bildirir ki, "Nokia 8110 4G" telefonu kifayət qədər uğurlu oldu və "HMD" şirkəti həmin telefonun varisini təqdim etməyə hazırlaşır. Mehta qeyd edib ki, şirkət "4G" mobil şəbəkəsini dəstəkləyən qabaqcıl telefon üzərində işləyir.   Top-menecer bildirib ki, indi belə ucuz qurğulara böyük tələbat mövcuddur və bu, şirkət üçün yaxşı imkandır.