İtaliyanın baş naziri TAP boru kəmərinin


Digərləri 27 Okt 2018 07:48:00 248 0

İtaliyanın baş naziri TAP boru kəmərinin

İtaliyanın baş naziri Cüzeppe Konte cümə günü, oktyabrın 26-da Trans Adriatik boru kəmərinin (TAP) tikintisi üçün İtaliya tərəfindən "yaşıl işıq" yandırıb.

Son.az "Report"a istinadən bildirir ki, bu barədə "Reuters"ə istinadən "Deutsche Welle" nəşri yazıb.

Nəşr qeyd edir ki, bunadək ölkənin hakim koalisiyasına daxil olan "Beş ulduz hərəkatı" partiyası fəal şəkildə qaz kəmərinin tikintisinə qarşı çıxış edirdi.

"İndi əvvəlki hökumət tərəfindən planlaşdırılan və müqavilə öhdəliyinə malik olan bu layihəyə müdaxilə etmək artıq mümkün deyil", - deyə İtaliyanın hökumət rəhbəri bildirib.

Konte əlavə edib ki, qaz kəmərinin tikintisini əngəlləmək İtaliyaya "on milyardlarla avro"ya başa gələ bilər.