Azərbaycana qar yağır


Digərləri 27 Okt 2018 07:15:00 288 0

Azərbaycana qar yağır

Oktyabrın 26-da axşam saatlarından başlayaraq Quba və Qusar rayonlarının bir sıra dağlıq yaşayış məntəqələrinə qar yağmağa başlayıb.

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, hazırda yağmaqda davam edən qarın hündürlüyü Qubanın Xınalıq kəndində 2-3 santimetrə çatıb.