Toyuq əti və onun yaratdığı qorxunc təhlükələrlə bağlı İNANILMAZ FAKTLAR MÜTLƏQ OXUYUN!


Digərləri 26 Okt 2018 23:54:00 553 0

Toyuq əti və onun yaratdığı qorxunc təhlükələrlə bağlı İNANILMAZ FAKTLAR  MÜTLƏQ OXUYUN!

Quşçuluq fabriklərində toyuqların sadəcə 5-7 həftə ərzində lazımi çəkiyə çatması üçün onlara nə yedizdirirlər? Toyuq almazdan əvvəl toyuqların necə bəslənməsi ilə bağlı nəyi bilmək lazımdır?

Son.az xarici mətbuata istinadən toyuq əti və onun yaratdığı risklərlə bağlı bütün həqiqətləri təqdim edir.

Toyuq sinəsi ənənəvi olaraq düzgün rasionunun və zülal mənbəyinin əsas komponentlərindən biri kimi qəbul edilir. Bununla belə o kifayət qədər ucuz qiymətə satılır və hazırlanması sadədir. Lakin ucuz toyuq döşü ən "çirkin" növ quş əti sayılır.

Toyuq filesinin qiymətini azaltmaq üçün istehsalçı quşların qidalanma dəyərini azaltmalı və böyümə dövrünü sürətləndirməlidir. Nəticədə, toyuqlar ucuz məhsulla bəslənir və çəkisini sürətlə artırmaq üçün zərərli dərmanlar istifadə olunur.

Toyuğun həyat tsikli 5-7 həftədir

Sənaye istehsalında toyuğun orta ömür müddəti 5-7 həftə təşkil edir, bundan sonra əgər onu cəmiyyətin ehtiyacları üçün kəsməsələr, o, öz əcəli ilə ölür. Kəndlərdə isə toyuqların orta ömür müddəti bir neçə ildir.

Bəs quşçuluq fabrikləri toyuqların qısa müddətdə lazımi ölçüyə gəlməsinə necə nail olurlar?

Kimyəvi təcavüz toyuğun doğumundan öncə başlayır. Bunlar inkubator yumurtalara təsir edən müxtəlif dezinfeksiyalardır. Toyuqlar yumurtadan çıxandan sonra əkinçilik atelyesinə nəql olunur. Burada onlar dezinfeksiya edici dərmanlara, güclü antibiotiklərə və vaksinlərə məruz qalırlar.

Başlıca təhlükə nədən ibarətdir?

Toyuqları peyvəndləmək prosesi bir qayda olaraq, qrup üsulla - aerozol köməyi ilə həyata keçirilir, ya da dərmanı su ilə içirdirlər. Nəzəri cəhətdən, bütün vaksinlər quş və insan üçün müvafiq təhlükəsizlik sertifikatlarına malikdirlər. Amma təhlükə peyvəndin yanlış istifadəsindən, dərman preaparatlarının keyfiyyətsizliyindən, həmçinin toyuqların immunizə prosesinə hazırsızlığından qaynaqlanır. Odur ki, zəhərli xəstəliklərə qarşı vurulan səhv peyvəndlərin və keyfiyyətsiz ətin insana zərər verməməsi qaçılmazdır.

Bir toyuğun xəstəliyi bütün balaların ölümünə gətirib çıxara bilər. Bunun üçün quşlara bütün həyatı boyu kurslarla antibiotiklər verilir. Antibiotikli məhsullarının istifadəsinin ziyanı çox istiqamətli xarakterə malikdir.