Bazarda balıq yan gedər?


Digərləri 26 Okt 2018 23:57:00 657 0

Bazarda balıq yan gedər?

Mütəxəssislər düşünür ki, satışa çıxarılan balıqlar yoxlamadan keçirilməlidir 

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

- Ay bala, balıq "sveji"dirmi? - Görmürsən xala, hamısı dipdiridir. - Yox e, deyirəm balıq "sveji"dirmi? Diriliyinə qalsa, mən də diriyəm...   Bu, balıq satanla təxminən 60 yaşlı bir xalanın dialoqudur. Artıq balıq mövsümü başladığından insanlartın bir çoxu balıq almaq üçün bazarlara üz tutub. Biz də bazarlara yollanıb satışın necə həyata keçirildiyini, gigiyenik baxımdan qaydalara riayət olunub-olunmadığını öyrənməyə çalışdıq. Təəssüf ki, qarşılaşdığımız mənzərə heç də ürəkaçan deyil. Nəinki bazarlarda, hətta istənilən yerdə, küçənin ortasında da balıq satanlar vardı. Təbii ki, həmin balıqların insan sağlamlığı üçün hansı təhlükələri daşıdığı bilinmir. 

Yediyimiz digər ət və ət məhsullarına nəzarət həyata keçirilir. Son dövrlər ətlərin kəsiminə, satıldığı yerlərə, kəsimdən əvvəl heyvanlara baytarlar tərəfindən ciddi nəzarət olunur. Bəs balıqlar belə yoxlanışdan keçirmir? Və ya balıqların yoxlanışdan sonra satılması üçün konkret bir bazar olmasına ehtiyac varmı? Müşahidələrimizə əsasən deyə bilərik ki, balıqların satışı çox pərakəndə şəkildə həyata keçirilir. Balıq satanlar söhbətimizdə iddia etdilər ki, çaydan tutub, birbaşa bazara gətirib, "sveji, sveji" satırlar. 

Məlumat üçün qeyd edək ki, son dövrlərə qədər ölkəmizdə balıq bazarı olmayıb. Lakin 2017-ci ilin sentyabr ayında Pirallahı rayonunda ancaq balığın satışı ilə məşğul olan bazar istifadəyə verilib. Buna baxmayaraq, həmin bazar əlçatanlıq baxımından əlverişli deyil. Çünki Pirallahıdan uzaq məsafədə olan biri gedib həmin yerdən balıq almır. Bu gün müxtəlif ərazilərdə balıq bazarlarına və satışdan əvvəl balıqların yoxlanılmasına ehtiyac olub-olmadığını öyrənməyə çalışdıq.