İspaniya uzunmüddətli işsizliyə görə Avropa İttifaqında ikinci yerdədir


Dünya 26 Okt 2018 22:29:00 256 0

İspaniya uzunmüddətli işsizliyə görə Avropa İttifaqında ikinci yerdədir

2017-ci ilin yekun məlumatına görə, İspaniya uzunmüddətli işsizliyə görə Avropa İttifaqında (Aİ) ikinci yerdədir.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Avropa ölkələrində işsizlik səviyyəsi üzrə "Avrostat"ın məlumatları əsasında İqtisadi Tədqiqatlar İnstitutunun hesabatı təqdim olunub. Sənəddə bildirilir ki, Aİ ölkələrində uzunmüddətli işsizlik səviyyəsinin aşağı düşməsi müşahidə olunur. Lakin İspaniya bu göstərici üzrə 7,7 faizlə ötən il 15,6 faiz nəticənin qeydə alındığı Yunanıstandan sonra ikinci yeri tutur. Digər tərəfdən, İspaniyanın bu göstəricisi 2013-cü ildə qeydə alınan 12,9 faizdən xeyli yaxşıdır.