Hindistanda dünyanın ən hündür abidəsi ucaldılıb


Digərləri 26 Okt 2018 22:00:00 467 0

Hindistanda dünyanın ən hündür abidəsi ucaldılıb

Gələn həftə Hindistanda dünyanın ən hündür heykəli - görkəmli siyasi xadim, 1947-ci ildə Britaniyanın müstəmləkə əsarətindən qurtulmaq üçün xalq hərəkatının ən fəal üzvlərindən biri Sərdar Vallabhbhainin abidəsinin açılışı olacaq.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Hindistanın Qujarat ştatında Narmada çayı sahilində ucaldılan 182 metr hündürlüyü olan abidənin oktyabrın 31-də keçiriləcək açılış mərasimində layihənin təşəbbüskarı, ölkənin Baş naziri Narendra Modi iştirak edəcək.

Baş nazir Modi 2013-cü ildə bu abidənin təməlqoyma mərasimində bildirmişdi ki, "...hazırda bütün dünya hündürlüyü 93 metr olan Amerikadakı Azadlıq heykəlindən danışır. Biz Sərdar Vallabhbhainin ondan ikiqat hündür heykəlini ucaltmaq istəyirik".


Xəbərə aid fotolar