Bill Qeyts qızına 3 milyona at ferması aldı


Digərləri 26 Okt 2018 20:44:00 297 0

Bill Qeyts qızına 3 milyona at ferması aldı

"Microsoft"un qurucusu Bill Qeyts 22 yaşlı qızı Cennifer üçün Belçikada atçılıq təsərrüfatı və at ferması alıb.

Son.az Qafqazinfo-ya istinadən xəbər verir ki, milyarder bunun üçün təxminən 3 milyon avrosundan keçməli olub. Kampinada yerləşən Beyqinhtəsərrüfatı 2011-ci ildə qurulub. Burada atçılıq idman növünün inkişafı üçün təlim mərkəzi, tövlələr, fərqli atçılıq idman növləri üçün hipodrom yerləşir. Bütün bunları 8,5 hektar ərazisi olan yaşıllıq tamamlayır.