Nazirlik: Bakıda yaradılacaq Əmək Mərkəzi İslam ölkələri arasında əlaqələrin inkişafına xidmət edəcək


Digərləri 26 Okt 2018 18:26:00 234 0

Nazirlik: Bakıda yaradılacaq Əmək Mərkəzi İslam ölkələri arasında əlaqələrin inkişafına xidmət edəcək

Prezident İlham Əliyev Əmək Mərkəzinin Nizamnaməsinin təsdiq edilməsi haqqında Qanunu imzalayıb.

Bakı. Prezident İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Bakı şəhərində beynəlxalq statuslu və ixtisaslaşmış qurumu kimi yaradılması nəzərdə tutulan Əmək Mərkəzinin Nizamnaməsinin təsdiq edilməsi haqqında Qanunu imzalayıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Trend-ə verilən məlumata görə, İƏT-in Bakı şəhərində yaradılacaq beynəlxalq statuslu Əmək Mərkəzi təşkilatınixtisaslaşmış qurumu olaraq, əmək, məşğulluq, sosial müdafiə və insan kapitalının inkişafı sahəsində üzv dövlətlərin səylərinin birləşdirilməsi, əmək, məşğulluq, sosial müdafiə sahələrində əlaqələrin inkişafı, müvafiq qurumlarının və digər aidiyyəti İƏT təşkilatlarının fəaliyyətinin əlaqələndirilməsi, habelə əməkdaşlıq müstəvisində geniş təcrübə-məlumat mübadilələrinin aparılması məramına xidmət edəcək.