Tələbələrə şad xəbər:


Digərləri 26 Okt 2018 18:02:00 274 0

Tələbələrə şad xəbər:

Gələn il Azərbaycanda tələbələrin təqaüdləri artırılacaq.

Son.az report-a istinadən xəbər verir ki, bu, ölkənin 2019-cu il üzrə dövlət büdcəsi zərfində əksini tapıb.

Sənəddə qeyd olunub ki, 2019-cu ildə ali, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələri və şagirdlərinin, Azərbaycan Milli Elmlər Akademiyasının magistrantlarının və doktorantlarının təqaüdü, ali məktəb tələbələri üçün Prezident təqaüdü, Prezidentin fərdi təqaüdü və fəxri adlara görə təqaüdün məbləği artırılacaq. Gələn il tələbə təqaüdlərinin ödənilməsinə ümumilikdə 189,5 milyon manat vəsait ayrılacaq.