“Çatdırmırıq deyə, bu vaxtlar çıxırıq”


Digərləri 26 Okt 2018 17:28:00 273 0

“Çatdırmırıq deyə, bu vaxtlar çıxırıq”

Çörəyi zibildən çıxanlar. Gecələr gözə dəyən kommunal xidmət avtomobilləri və işçiləri. Əslində onların işləri gecə keçəndən sonra başlayır.

Son.az xəbər verir ki, ARB TV-nin "Günə doğru" proqramı mövzu ilə bağlı maraqlı süjet hazırlayıb.

Günün pik saatı olmağına baxmayaraq zibil maşınları küçələrdən zibil yığır. Amma əslində bu gecə saatlarında aparılmalıdır və buna nəzarət olmalıdır.

Kommunal xidmət işçiləri isə deyir ki, bu saatlarda işə çıxmağa məcburdular. Səbəb ərazinin kifayət qədər böyük olmasıdır. Bundan əlavə onların iş qrafiki də sərbəstdir.

İşçi: "Baxır da işləməyimizə. Gecə 1-ə 2-yə kimi. Çatdırmırıq deyə bu saatlarda çıxırıq. 11 ildi burda işləyirəm".

Ekspertlər kommunal xidmət avtomobillərinin belə tez işə başlamasında sakinlərin də günahı olduğunu bildirirlər. Səs-küydən şikayətçi olanlar zibil qablarının boşaldılmasına da maneələr yaradırlar.


Xəbərə aid fotolar