Azərbaycanda hotellərin gəlirlərinin 23 faizini içki və qida satışı təşkil edir


Digərləri 26 Okt 2018 16:25:50 344 0

Azərbaycanda hotellərin gəlirlərinin 23 faizini içki və qida satışı təşkil edir

Azərbaycanda hotellərin gəlirlərinin 23 faizi içki və qida satışının payına düşür.

Bakı. İlhamə İsabalayeva - Azərbaycanda hotellərin gəlirlərinin 23 faizi içki və qida satışının payına düşür. Trend-in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, cari ilin 9 ayında Azərbaycanda mehmanxanaların gəlirləri 286,1 milyon manat olub ki, onun da 68,1 faizi nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlərdən, 23,4 faizi içkilər də daxil olmaqla qida məhsullarının satışı üzrə xidmətlərdən, 3,0 faizi müalicə və sağlamlıq xidmətlərindən, 5,5 faizi isə digər xidmətlərin göstərilməsindən əldə edilib.