Dmitri Savelyev: Bakı KTMT-yə qoşulmaq arzusunu bildirərsə, Rusiya Azərbaycanın bu quruma daxil olmasını dəstəkləyəcək


Digərləri 26 Okt 2018 15:58:00 282 0

Dmitri Savelyev: Bakı KTMT-yə qoşulmaq arzusunu bildirərsə, Rusiya Azərbaycanın bu quruma daxil olmasını dəstəkləyəcək

Rusiya Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) aparıcı dövləti olaraq bu quruma Azərbaycan kimi öz etibarlılığını təsdiq etmiş güclü tərəfdaşı və dostun qoşulmasını tam dəstəkləyər

Bakı. Fikrət Doluxanov - Rusiya Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) aparıcı dövləti olaraq bu quruma Azərbaycan kimi öz etibarlılığını təsdiq etmiş güclü tərəfdaş və dostun qoşulmasını tam dəstəkləyər. Trend-in məlumatına görə, bunu VI Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində keçirilən “Yanlış məlumatlandırma siyasəti – müasir dünyada sabitliyə təhdid” adlı işçi sessiyada Rusiya Dövlət Dumasının deputatı Dmitri Savelyev deyib. Deputatın sözlərinə görə, Azərbaycan regionda sabitliyə və hadisələrin dinc axarına getdikcə daha çox təsir edən bir dövlətdir.