Muxtar Babayev Goranboyda vətəndaşları qəbul edib


Digərləri 26 Okt 2018 14:05:00 254 0

Muxtar Babayev Goranboyda vətəndaşları qəbul edib

Oktyabrın 26-da ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Goranboy şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Goranboy, Ağdaş, Yevlax, Gəncə, Mingəçevir və Naftalan rayonlarının vətəndaşlarını qəbul edib.

Bakı. Oktyabrın 26-da ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Goranboy şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Goranboy, Ağdaş, Yevlax, Gəncə, Mingəçevir və Naftalan rayonlarının vətəndaşlarını qəbul edib. Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, qəbuldan əvvəl nazir Muxtar Babayev və Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyub, dahi şəxsiyyətin əziz xatirəsinə dərin ehtiramlarını bildiriblər.