Süni zəkanın çəkdiyi əsər rekord vurdu FOTO


Digərləri 26 Okt 2018 13:50:00 238 0

Süni zəkanın çəkdiyi əsər rekord vurdu  FOTO

"Christie's" tarixində ilk dəfə insanın yaratmadığı əsəri satıb və peşman olmayıb. Əsər ilkin qiymətindən 45 dəfə baha satılıb.

Son.az ABC-yə istinadən bildirir ki, süni intellektin çəkdiyi portret Nyu-Yorkda keçirilmiş hərracda 432500 dollara alınıb. Alıcının adı açıqlanmır.

"Edmon Belaminin portreti" əsərində tabloda rəssamın imzası əvəzinə riyazi düstur var.

Belami təki, başqa tablolarda portretləri çəkilmiş 10 nəfər də uydurma personajlardır.


Xəbərə aid fotolar