Mağazada arvadını yandırıb öldürən şəxsə 18 il cəza verildi


Digərləri 26 Okt 2018 13:00:00 226 0

Mağazada arvadını yandırıb öldürən şəxsə 18 il cəza verildi

Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını xüsusi amansızlıqla yandıraraq öldürməkdə təqsirləndirilən Məsud Müzəffərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Bakı. Samir Əli - Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını xüsusi amansızlıqla yandıraraq öldürməkdə təqsirləndirilən Məsud Müzəffərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Trend-in məlumatına görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə M.Müzəffərov 18 il azadlıqdan məhrum edilib.