"Mədəniyyətlərarası əlaqələr sahəsində Azərbaycan regionda xüsusi rol oynayır"


Digərləri 26 Okt 2018 11:51:21 264 0

"Mədəniyyətlərarası əlaqələr sahəsində Azərbaycan regionda xüsusi rol oynayır"

Dünyadakı bir çox münaqişələr, o cümlədən ərəb dünyasındakı münaqişələr insanlar arasındakı səhv təsəvvürlər əsasında yaranır.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Körfəz Əməkdaşlıq Şurasının Baş katibinin müavini Əbdel Əziz Abu Hamad Aluvayşeq "Bakı prosesi - insan təhlükəsizliyi, sülh və davamlı inkişaf naminə mədəniyyətlərarası dialoq: 10 ilin dərsləri və perspektivləri" adlı sessiyada çıxışı zamanı deyib.

Mərkəzi Asiyada və Qafqazda mədəniyyətlərarası dialoqla bağlı layihələrin gələcəkdə də həyata keçiriləcəyinə ümid etdiyini deyən Əbdel Əziz Abu Hamad Aluvayşeq bildirib ki, dialoqun qurulmasına özəl sektor da öz töhfəsini verə bilər.