Kapital Bank mesencerbotu təqdim etdi


Digərləri 26 Okt 2018 11:11:00 227 0

Kapital Bank mesencerbotu təqdim etdi

Kapital Bank müasir texnologiyaların inkişafına və müştəri məmnuniyyətinin artırılmasına diqqət ayıraraq, növbəti yeniliyi təqdim etdi. Belə ki, Facebook istifadəçiləri Kapital Bank-ın yeni "Aican" mesencer-botu ilə ünsiyyət qurub, ona BirKart məhsulu ilə bağlı suallarını verə bilərlər. 

Mesencer-bot 24 saat ərzində müştərilərin suallarını cavablandırmaqla yanaşı, BirKart məhsulu barədə ətraflı məlumat verir, müştərilərin verdikləri cavablar əsasında onları yönləndirir, sifarişləri onlayn qaydada avtomatik həyata keçirir, həmçinin müştəriyə yaxın filial və ya bankomatın ünvanını göstərir. 

Demo versiyada olan mesencer-bot hələlik yalnız BirKart-ın rəsmi Facebook səhifəsinə qoşulub. Yaxın gələcəkdə həmçinin Facebook istifadəçiləri Kapital Bank-ın rəsmi səhifəsində də botun "xidmətlər"indən istifadə edə biləcəklər.