"Bütün sahələrdə qadınların hüquqlarının qorunması üçün geniş imkanlar yaradılıb"


Digərləri 26 Okt 2018 10:27:25 282 0

"Bütün sahələrdə qadınların hüquqlarının qorunması üçün geniş imkanlar yaradılıb"

Dayanıqlı inkişaf mövcud olan resursların bugünkü nəsillər tərəfindən səmərəli şəkildə istifadə edilərək gələcək nəsillərə ötürülməsidir.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Dayanıqlı İnkişafa dair Bakı Forumu çərçivəsində "Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsində gənclər, qadınlar, parlament, vətəndaş cəmiyyəti və digər maraqlı tərəflərin rolu barədə interaktiv müzakirə" panelində çıxışı zamanı deyib.

H.Hüseynova bildirib ki, Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün bütün ölkələr öhdəliklər qəbul edib, lakin zaman çox azdır: "Biz düşünməliyik, necə edək ki, bu məqsədlərə nail olaq. Hər bir ölkə çalışır ki, BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərində göstərilən 17 məqsədə çatsın, lakin bu, təbii sərvətlər, insan resursları və digər imkanlardan asılıdır".