Yaponiyada benzinin qiyməti son dörd ilin maksimum həddinə çatıb


Dünya 26 Okt 2018 08:20:00 252 0

Yaponiyada benzinin qiyməti son dörd ilin maksimum həddinə çatıb

Yaponiyanın yanacaqdoldurma məntəqələrində artıq səkkiz həftədir ki, benzinin qiyməti artmaqda davam edir.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, buna səbəb kimi xam neftin qiymətinin bahalaşması göstərilir.

Yaponiyanın Neft Haqqında İnformasiya Mərkəzinin məlumatına görə, oktyabrın 22-də benzinin bir litrinin orta pərakəndə satış qiyməti 160 yen və ya təqribən 1,5 dollara bərabər olub. Bu, benzinin son 3 il 11 ayda ən yüksək qiyməti hesab olunur.


Xəbərə aid foto