Azərbaycanda inzibati icraat üçün zəruri olan sənədlər vətəndaşlardan tələb olunmayacaq


Digərləri 26 Okt 2018 07:45:00 263 0

Azərbaycanda inzibati icraat üçün zəruri olan sənədlər vətəndaşlardan tələb olunmayacaq

Azərbaycanda inzibati icraat üçün zəruri olan sənədlər vətəndaşlardan tələb olunmayacaq.

Bakı. Elçin Mehdiyev - Azərbaycanda inzibati icraat üçün zəruri olan sənədlər vətəndaşlardan tələb olunmayacaq. Trend-in məlumatına görə, bununla bağlı “İnzibati icraat” haqqında qanunda dəyişiklilər edilməsi təklif olunur. Belə ki, qanuna əlavə olunan 32.2-1-ci maddədə qeyd olunur: “İnzibati orqan inzibati icraat üçün zəruri olan və digər inzibati orqanın sərəncamında olan sənədlərin və ya məlumatların ərizəçi tərəfindən əldə olunmasını tələb edə bilməz. İnzibati icraat üçün zəruri olan və digər inzibati orqanın sərəncamında olan sənədləri və ya məlumatları inzibati orqan özü əldə edir. İnzibati orqanın həmin sənədlərin və ya məlumatların əldə olunmasını ərizəçidən tələb etməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati məsuliyyətə səbəb olur".