Günün qoroskopu: mürəkkəb məsələləri həll etməli, başqalarının işlərinə qarışmalı olacaqsınız


Digərləri 26 Okt 2018 00:01:00 254 0

Günün qoroskopu: mürəkkəb məsələləri həll etməli, başqalarının işlərinə qarışmalı olacaqsınız

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Son.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir

Qoç -  Sizin ləyaqətli hərəkətləriniz diqqətdən kənarda qalmayacaq. Həmkarlarınızın, rəhbərliyin hörmətini qazanacaq, nüfuzunuzu möhkəmlədəcəksiniz. Peşəkarlığınıza kimsənin şübhəsi yoxdur. Nüfuzlu və təcrübəli adamlar sizə məsləhət üçün müraciət edəcəklər. Sizi xoş sürprizlər gözləyir. Aşiq Qoçlar, xüsusilə ilk dəfə görüşə gedənlər xeyli sevinəcəklər.

Buğa - İşgüzar ünsiyyətdə problemlər mümkündür. Sizin hətta ən uğurlu ideyalarınız da qeyri-adilikləri üzündən soyuq qarşılana bilər. Lakin bir qədər sonra hamı başa düşəcək ki, sizin fikrinizə qulaq asmağa dəyərmiş. Bilmədən xətrinə dəydiyiniz adam sizə uğur əldə etməkdə mane olmağa çalışacaq. Bədxahınızın fitnələrinin üstünün açılması vaxt alacaq. Halbuki, siz həmin vaxtdan daha səmərəli istifadə edə bilərdiniz. Qohumlarla yola getmək asan deyil. Onlar çox böyük həvəslə çatışmazlıqlarınızı üzünüzə vurur, tərif və təqdir ifadələrində isə xəsislik edirlər.

Əkizlər - Ən yaxşısı, hadisələri öz axarında buraxmaq, heç nəyi tələsdirməməkdir. İşin gedişində sizin iradənizdən kənar şəraitdən öz xeyrinizə istifadə etməyin yolları barədə qərar verin. Əsas diqqəti praktiki məsələlərə yönəldin. Yeni ideyalarınızı diqqətlə düşünün. Bəlkə, nədəsə yanılırsınız və ya lazımsız işlə məşğul ola bilərsiniz. Ünsiyyətdə ikili standart siyasətini və ya partnyorunuz tərəfindən açıq şəkildə aldadıldığınızı hiss edə bilərsiniz. Lakin nəticə çıxarmağa tələsməyin. Diqqətinizi ən vacib məsələlərə cəmləşdirin.

Xərçəng - Oyun qaydaları sizi qane etmirsə, onları dəyişdirin. Gəlir gətirməyən işlərdən imtina edin. Baş verənləri müşahidə edin, nəticə çıxarmağa tələsməyin. Öz planlarınızı irəli sürmək səyləri digər maraqlı şəxslərin məhdudiyyətləri və müqaviməti ilə qarşılaşa bilər. Sakit, zirək davranın və daha münasib vaxtı tapmağa çalışın. Axşam şəxsi görüşlər (sizin ciddi həvəsinizin olması şərtilə) üçün münasibdir.

Şir - Gün sizə xoş xəbərlər, eləcə də bir neçə vacib məsələnin həllinə imkan verən informasiya gətirəcək. Unutmayın ki, vaxtınızı hədər yerə itirmək olmaz: nə qədər zirək tərpənsəniz, nəticə o qədər yaxşı olacaq. Siz başqalarının əvəzinə məsuliyyəti üzərinizə götürməli olacaqsınız. Bu, asan deyil. Çoxlu narahatlıq və həyəcan gözlənilir. Düzdür, onların əksəriyyəti yersiz olacaq. Yeni şeylər almaq olar. Zövqünüz sizi kosmetika, parfümeriya və interyer əşyaları seçimində yanıltmayacaq.

Qız - Cəsarətli işgüzar layihələr, peşəkar fəaliyyətdə dəyişiklik üçün münasib gün deyil. Çalışın, hərəkətlərinizə əlavə diqqət cəlb etməyəsiniz - layiq olsanız belə, təqdir edilməyəcəksiniz. Maddi çətinliklər mümkündür. Bəziləri xeyli maliyyə itirə bilərlər. Özü də şəxsi maraqları naminə yox. Yaxınlarla münasibət daha gərgin və daha az etimadlı olacaq. Sevdiyiniz insan da istisna deyil - o, bu gün sizə anlayışla yanaşmaq əvəzinə, daha çox ittiham etməyə meylli olacaq. Axşam fəal istirahət üçün münasib deyil. Ən yaxşısı - axşamı evdə keçirmək və fiziki yükü minimuma endirməkdir.