Əziz İmama “bimar” ləqəbini vermək bəyənilməzdir


Digərləri 25 Okt 2018 22:55:00 269 0

Əziz İmama “bimar” ləqəbini vermək bəyənilməzdir

Ağrılı Kərbəla hadisəsindən sonra İmam Səccada (ə) çox sayda ləqəb verilmişdir ki, onlardan biri də "bimar İmam (ə)", yəni "xəstə İmam (ə)" ləqəbi olmuşdur. Din alimlərinin nəzərinə görə İmama (ə) bu cür ləqəb vermək bəyənilməzdir və təhrif sayılır.

Son.az deyerler.org-a istinadən bildirir ki, ərəb dilindəki mənbələrə baxsaq, görərik ki, heç bir yerdə (ə) İmama belə bir ləqəb verilməmişdir. Çünki İmam Səccad (ə) ancaq Kərbəla hadisəsi zamanı xəstə olmuşdur və bu xəstəliyi də İlahi təqdirə görə olmuşdur. Həzrət (ə) məhz bu xəstəliyinə görə nicat tapa bilmişdi.

Düşmən İmamı (ə) bir neçə dəfə öldürməyə cəhd etmişdi, lakin sonra İmamın (ə) halını görəndən sonra bu fikirlərindən daşınmışdılar. Çünki eləbilirdilər ki, İmam (ə) bu xəstəlikdən özü öləcəkdir.

İmam Səccad (ə) bu ağrılı hadisədən sonra 40 il ömür sürür və qalan illərində heç xəstə olmur. Ona görə də ona belə bir ləqəbin verilməsixüsusən yersizdir.