Kutaisidən Varşavaya uçan təyyarəyə bomba qoyulması xəbəri


Dünya 25 Okt 2018 22:49:00 252 0

Kutaisidən Varşavaya uçan təyyarəyə bomba qoyulması xəbəri

Kutaisidən Varşavaya uçan təyyarədə bomba olması xəbəri həqiqəti əks etdirmir.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, belə bir bəyanatı Gürcüstanın Şota Rustevi adına beynəlxalq aeroportunun mətbuat xidməti yayıb.

Bildirilir ki, Kutaisidən Varşavaya uçan W6 1576 saylı təyyarə Buxarestdə məcburi eniş edib. Buna səbəb anonim şəxsin Kutaisidən zəng vuraraq, təyyarəyə partlayıcı maddə yerləşdirilməsi ilə bağlı verdiyi xəbər olub. Təyyarə məcburi eniş edib və sərnişinlər təhlükəsiz yerə aparılıblar.