Kremldən açıqlama: ABŞ hərbi bazamıza hücum edib


Dünya 25 Okt 2018 22:03:00 255 0

Kremldən açıqlama: ABŞ hərbi bazamıza hücum edib

Kreml ABŞ-ın Suriyadakı fəaliyyəti ilə bağlı bəyanat verib.

Son.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, Kreml ABŞ-ı Rusiyanın Suriyadakı hərbi hava bazası Hmeymimə hücum etməkdə günahlandırıb.

Kreml açıqlayıb ki, bu ilin yanvar ayında bir ABŞ casus təyyarəsi Rusiyanın Suriyadakı hava bazasına dron hücumunu koordinasiya edib. Bu, Rusiya Müdafiə Nazirliyinin hesabatında əksini tapıb.

Kreml tərəfindən edilən açıqlamada Vladimir Putinin Donald Tramp ilə bu məsələ haqqında danışacağı deyilib.