Mingəçevirdə 1 uşaq anası özünü asdı


Digərləri 25 Okt 2018 21:56:00 174 0

Mingəçevirdə 1 uşaq anası özünü asdı

Mingəçevir şəhərində 37 yaşlı qadın intihar edib.

Son.az publika.az-a istinadən xəbər verir ki, hadisə şəhərin Vaqif küçəsi, 19 ünvanında yerləşən beşmərtəbəli binadakı mənzillərin birində qeydə alınıb.

Belə ki, həmin mənzildə bir övladı ilə kirayədə yaşayan, 1981-ci il təvəllüdlü Samirə Aslan qızı Musayeva özünü asaraq öldürüb.

Hadisə zamanı övladının evdə olmadığı bildirilir.

Hazırda hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları araşdırma aparır.