"Bozun əlli çaları" filminin ulduzu görüntüsü ilə bihuş etdi


Digərləri 25 Okt 2018 20:36:00 319 0

"Bozun əlli çaları" filminin ulduzu görüntüsü ilə bihuş etdi

29 yaşlı aktrisa Dakota Conson qala gecəsində geyindiyi qırımızı əlbisəsi ilə böyük heyranlıq doğurub.

Son.az publika-ya istinadən xəbər verir ki, dünən Los-Ancelesdə "Suspiria" filminin qala gecəsi baş tutub. "Bozun əlli çaları" filminin ulduzu qala gecəsində sözün əsl mənasında göz qamaşdırıb. Dakota tədbirə öz nəvəsinin yeni yaradıcılıq işini qiymətləndirmək üçün təşrif buyuran 88 yaşlı nənəsi - Alfreda Xiçkoka Tippi Xedren ilə birlikdə gəlib. Onlar qırmızı xalçada fotoqraflara poza verib.

Mərasim üçün Conson al-qırmızı parıltılı mini-paltar seçib. Ulduz qolları həcmli, qaba dekolteli cəzbedici libasını qara sadə myuli (sabo) və ürək formasında sırğa ilə tamamlayıb. Saçlarına səliqəsiz dalğalar atdıran aktrisaya vizajisti qırmızı tonlarda makiyaj edib.