Haşoqqi ilə bağlı növbəti xəbər:


Dünya 25 Okt 2018 20:38:00 212 0

Haşoqqi ilə bağlı növbəti xəbər:

Səudiyyəli jurnalist Camal Haşoqqinin ölümü ilə bağlı aparılan istintaq çərçivəsində 38 konsulluq əməkdaşının ifadəsi alınıb.

Son.az Axar.az-a istinadən xəbər verir ki, sözügedən əməkdaşlara cinayətin baş verdiyi gün konsulluqda xüsusi vəziyyətin olub-olmadığı, Haşoqqini öldürməkdə ittiham olunan 15 nəfərlik dəstəni görüb-görmədikləri, Səudiyyə konsulluğunda nə zamandan bəri çalışdıqları ilə bağlı suallar verilib.

Xatırladaq ki, C.Haşoqqi 2 oktyabr tarixində Səudiyyənin İstanbul konsulluğunda xüsusi işgəncə ilə öldürülüb.