Azərbaycanda mədən vergisi azalacaq


Digərləri 25 Okt 2018 18:16:00 284 0

Azərbaycanda mədən vergisi azalacaq

2019-cu ildə mədən vergisi üzrə büdcəyə daxilolmalar 133 mln. manat nəzərdə tutulur.

Son.az report-a istinadən xəbər verir ki, bu da 2018-ci ilin proqnozu ilə müqayisədə 3 mln. manat və ya 2,2% az proqnozlaşdırılır. Həmin məbləğin 97%-i və ya 129 mln. manatı neft sektorunun, 3%-i və ya 4 mln. manatı qeyri-neft sektorunun payına düşür.