Küləyin Mehdiabaddakı qaçqın şəhərciyinə və məcburi köçkünlərə vurduğu ziyan müəyyənləşdirilir


Digərləri 25 Okt 2018 17:18:00 243 0

Küləyin Mehdiabaddakı qaçqın şəhərciyinə və məcburi köçkünlərə vurduğu ziyan müəyyənləşdirilir

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Abşeron rayonu, Mehdiabad qəsəbəsində məcburi köçkünlərin yaşadığı şəhərcikdə baş verən hadisə barədə məlumat verib.

Bakı. Samir Əli - Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Abşeron rayonu, Mehdiabad qəsəbəsində məcburi köçkünlərin yaşadığı şəhərcikdə baş verən hadisə barədə məlumat verib. Komitənin mətbuat xidmətindən Trend-ə verilən məlumatda bildirilir ki, bu gün əsən güclü külək Abşeron rayonunun Mehdiabad qəsəbəsində məcburi köçkünlərin yaşadığı “Qarant" şəhərciyindəki 7 mərtəbəli 4 binanın dam örtüyünü aşırıb: "Binalardan birinin dam örtüyü tamamilə, digərlərinki qismən dağılıb. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin göstərişi ilə Komitənin Tikinti-təmir və kommunal xidmətlər şöbəsinin, Mənzil İstimar Departamentinin, Tikilməkdə Olan Müəssisələr Müdiriyyətinin rəhbərləri və məsul əməkdaşları dərhal hadisə baş verən şəhərciyə gəliblər". Məlumtda qeyd edilir ki, hazırda hadisə yerinə cəlb edilmiş təmir-tikinti briqadaları dam örtüklərinin qopmuş konstruksiyalarının şəhərciyin ərazisindən təmizlənməsi və binaların damındakı vəziyyətin araşdırılması ilə məşğuldur: