Elmir Vəlizadə: "Yeni investisiyaların cəlbi innovativ layihələrin həyata keçirilməsinə imkan verir"


Digərləri 25 Okt 2018 16:08:00 288 0

Elmir Vəlizadə: "Yeni investisiyaların cəlbi innovativ layihələrin həyata keçirilməsinə imkan verir"

"Azərbaycan hökuməti bütün sahələrdə inkişafı təşviq edir".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə VI Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində keçirilən "İnnovasiyalar yaradıcı iqtisadiyyatın yeni mənbəyi kimi" plenar sessiyasında çıxışı zamanı deyib.

Azərbaycanda Yüksək Texnologiyalar Parkının fəaliyyət göstərdiyini tədbir iştirakçılarının nəzərinə çatdıran E.Vəlizadə əlavə edib ki, hazırda Azərbaycan kosmosu fəth edən ölkələrdən biridir: "Bu, inkişafda olan ölkə üçün çox gözəl nəticədir".