Builki oktyabr ANOMAL isti keçir Bakıda və Abşeronda oktyabrın ən isti keçdiyi dövr 1934cü il olub


Digərləri 25 Okt 2018 15:34:00 247 0

Builki oktyabr ANOMAL isti keçir  Bakıda və Abşeronda oktyabrın ən isti keçdiyi dövr 1934cü il olub

"Azərbaycanda bu ilki oktyabr ayı anomal isti keçir. Lakin bu il təkcə Azərbaycanda deyil, bir çox Şərqi Avropa ölkələrində oktyabr ayı mülayim isti keçir".

Son.az xəbər verir ki, bunu özəl olaraq Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Umayra Tağıyeva deyib.

Onun sözlərinə görə, bu il Bakıda və Abşeron yarımadasında oktyabrın I, II və III ongünlüyünün I yarısında havanın orta temperaturu 19,1 dərəcə isti olub. Bu da çoxillik iqlim normasından 3 dərəcə yüksəkdir.