Məşhur model geyimi ilə nəfəs kəsdi


Digərləri 25 Okt 2018 14:53:00 281 0

Məşhur model geyimi ilə nəfəs kəsdi

Məşhur model Çağla Şikel Hakan Akkayanın dəfiləsində gecənin əsas ulduzu olub.

Son.az publika-ya istinadən xəbər verir ki, dünən Hakan Akkayanın "Street" və "Glamour" adlı kolleksiyalarının dəfiləsi baş tutub.

Fransa kraliçası və XVI Lüdovikin həyat yoldaşı Mariya Antuanettadan ilham alınaraq hazırlanan kolleksiyanın nümayişi üçün müxtəlif konsepsiyalarda iki ayrı podium hazırlanıb. Hakan Akkayanın dəfiləsinin ilk hissəsində bütün modellər qara rəngdə və küçə konsepsiyasında hazırlanan podiumda yeriyib. Küçə kolleksiyasının təqdimatı bitdikdən sonra nəhəng podium hərəkət edib və küçə görüntüsünün yerini qırmızı rəngli saray dekorasiyası əvəz edib. Bu hissənin açılışını Kraliça Mariya Antuanetta obrazında Çağla Şıkel edib. O, cəlbedici obrazı ilə gecə boyu bütün diqqətləri öz üzərinə toplaya bilib.