“Əxlaqsız adamlar, əl çəkin məndən” Əməkdar artistin qızından “hicab” məsələsin sərt münasibət FOT


Şou-biznes 25 Okt 2018 14:55:00 284 0

“Əxlaqsız adamlar, əl çəkin məndən”  Əməkdar artistin qızından “hicab” məsələsin sərt münasibət  FOT

Əməkdar artist Firuzə İbadova qızı Hülya ilə birgə tədbirlərdən birinə qatılıb. Bir müddət əvvəl hicaba keçən müğənni qızının yenidən başını açması təəccübə səbəb olub.

Əməkdar artistin qızı Son.az-a danışaraq, məsələyə bu cür aydınlıq gətirib: "Hər kəs məni tanıyır, bilirlər ki, 2011-ci ildə də Məşhəd ziyarətinə gedəndə başımı bağlamışdım. Bu cür ağır ziyarətlərə gedəndə 40 gün hicaba keçmək lazımdır. Bu il də ziyarətdən gələndən sonra müvəqqəti başımı bağladım. Düzdü, istəyirdim ki, bu, davamlı olsun. Lakin səhhətimlə bağlı olaraq bu istəyimi həyata keçirə bilmədim. Çünki zəhərli zobum var, tez-tez başım gicəllənir. Gah yazırlar ki, başımı bağlayıb, ərə gedirəm!

Mən yoldaşımla kağız üstündə ayrılmışam, biz bir yerdəyik, ayrılmaq fikrim də yoxdur. Sadəcə olaraq, işləri ilə bağlı o xaricdə yaşayır, mən burda. Bakıya gələndə birlikdə oluruq, bizim bir qızımız var.


Xəbərə aid fotolar