“Eşşəklərimiz Bethovenə, Baxa qulaq asırlar” VİDEO FOTO


Digərləri 25 Okt 2018 13:58:00 295 0

“Eşşəklərimiz Bethovenə, Baxa qulaq asırlar”  VİDEO  FOTO

Kleopatranın gözəlliyi ilə bağlı deyilmiş rəvayətlərdən biri də belədir ki, o, hər gün eşşək südündə vanna qəbul edirmiş.

Gündə cəmi bir ovucluq süd verən heyvanların bu məqsədlə istifadəsi o qədər real görünməsə də, ölkəmizdə də eşşək südünün xalq təbabətində öz yeri var.

Astma, göy öskürək kimi xəstəliklərə çarə olaraq məsləhət görülən bu vasitə artıq daha əlçatandır. Belə ki, Bakıda yeni yaradılmış eşşək ferması pasterizə edilmiş südü müştərilərin ünvanına çatdıracağını vəd edir.

Son.az xəbər verir ki, qafqazinfo eşşək fermasında olub yaradılmış şəraitlə yaxından tanış olub.

Əvvəlcə onu qeyd etmək lazımdır ki, eşşəklərin gözləri nə qədər gözəldirsə, qoxusu bir o qədər ağır və qalıcıdır. Odur ki, həmsöhbətimiz, fermanın nümayəndəsi Ülvi Hidayətzadə bizə fermanın içində çox qalmamağı məsləhət görür: "Qoxusu qalıcıdır və yuyulmadan getmir".

Təəssüf ki, biz Ülvi bəyin xəbərdarlığının necə vacib olduğunun fərqinə fermadan çıxandan sonra vardıq.

Ferma haqqında onu deyə bilərik ki, paytaxtda ilk dəfə yaradılan bu müəssisə bir neçə aydır ki, qurulub. Ölkənin müxtəlif ərazilərindən sağlam eşşəklər alınaraq buraya gətirilib. Hazırda fermada 100-ə yaxın heyvan var:

"Heyvanlarımız tam sağlamdır, yoxlanılıb və hamısı peyvənd olunub. Baytarlıqda qeydiyyyatdan keçmişik. Bu heyvanlara baxmağın çətin tərəfi odur ki, çox az süd verirlər. Günə 100-150 qram. Ən yaxşı halda isə 200 qram. Çəkilən xərclə əldə olunan südün arasında elə də fərq yoxdur". 

Müəssisə nümayəndəsinin sözlərinə görə, eşşək fermasının yaradılması gəlir baxımından riskli bir addım olsa da, ölkədə eşşək südünə tələbatın çox olması onları bu addımı atmağa sövq edib:

"Biz də qərara aldıq ki, belə bir ferma yaradaq. Xaricdə həm qida kimi, həm də kosmetoloji sahədə eşşək südündən geniş istifadə olunur. Müraciətlər çoxdur. Lakin biz hələ ki, Qida Təhlükəsizlik Agentliyindən cavab gözlədiyimiz üçün bazara çıxmırıq. İstəyirik ki, hər şey qanunauyğun olsun". 


Xəbərə aid fotolar