“CinemaPlus”da Azərbaycan dilində “Rubi və qızıl kanyon” animasiya filminin nümayişi keçirilir VİDEO


Digərləri 25 Okt 2018 13:31:00 292 0

“CinemaPlus”da Azərbaycan dilində “Rubi və qızıl kanyon” animasiya filminin nümayişi keçirilir  VİDEO

"CinemaPlus" kinoteatrlar şəbəkəsi  2018-ci ildə "Cinemazadeh" studiyasında peşəkar Azərbaycan dilinə dublyaj edilən Çin istehsalı olan "Rubi və qızıl kanyon" animasiya filminin nümayişlərinə başlayıb. 

Dublyajın redaktoru Vüqar Hüseynov, rejissor Rövşən Məmmədli, səs operatoru Vüsal Abdulhəsənov, səs rejissoru Orxan Ağalarov, post-prodakşn Rüfət Kərimzadə, icraçı prodüser Emil Davudzadə, baş prodüser Cəfər Axundzadə.  

Animasiya filmini səsləndiriblər Əlixan Rəcəbov, Nəzakət Məmmədli, Zemfira Abdulsəmədova, Rəhim Rəhimov, Vüsal Xaliqoğlu, Rövşən Məmmədli, Elman Rəfiyev, Müşfiq Mirzəzadə, Vüsal Mustafayev, Vagif Aslanov, Vüsal Hacıqədir və Vüqar Hüseynov. 

Cizgi filminin rejissoru Din Şidir.