Bakıda avtomobil 2 nəfəri vurdu


Digərləri 25 Okt 2018 13:26:00 231 0

Bakıda avtomobil 2 nəfəri vurdu

Bakıda avtomobil iki nəfəri vurub.

Son.az report-a istinadən xəbər verir ki, hadisə paytaxtın Xətai rayonu, Nobel prospektində qeydə alınıb.

Qəza nəticəsində 21 yaşlı Vüqar Mahmudov və 20 yaşlı Dəniz Qasımov müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkirov report-a bildirib ki, hadisə yerinə 2 təcili tibbi yardım briqadası göndərilib: "Yaralılar 1 saylı Kliniki Tibbi Mərkəzə aparılıb. Vəziyyətləri orta ağırdır və həyati təhlükə yoxdur".