Tərtər çayı üzərində yeni körpünün inşası bitmək üzrədir


Digərləri 25 Okt 2018 12:27:00 253 0

Tərtər çayı üzərində yeni körpünün inşası bitmək üzrədir

Prezident İlham Əliyevin Bərdə şəhəri ərazisində Tərtər çayı üzərində qəzalı vəziyyətə düşmüş körpünün sökülməsi və onun yerində yeni körpünün tikilməsi ilə bağlı imzaladğı sərəncama əsasən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən aparılan tikinti işləri bitmək üzrədir.

Son.az bildirir ki, agentlikdən Son.az-a verilən məlumata görə, aparılan işlər çərçivəsində köhnə körpü qısa müddət ərzində sökülüb. Əvəzinə yeni körpünün özülünün və sütunlarının tikintisi aparılaraq başa çatdırılıb, dayaqlar üzərində aşırım tirləri quraşdırılıb. Hazırda körpüdə son tamamlanma işləri aparılır. Körpünün layihəsi 8 bal seysmikliyi nəzərə alınmaqla yerinə yetirilir.

4 aşırımlı körpünün ümumi uzunluğu 126 metr, qabariti isə 11.5 metrdir. Vətəndaşların körpü ilə rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə hər bir istiqamət üzrə 1.5 metr enində piyada səkilərinin də tikintisi həyata keçirilir.

Körpünün inşası müasir tikinti norma və standartlarına uyğun olaraq həyata keçirilir.