2019cu ilin qəbul imtahanı modelinə uyğun sınaq imtahanı keçiriləcək


Digərləri 25 Okt 2018 11:01:00 219 0

2019cu ilin qəbul imtahanı modelinə uyğun sınaq imtahanı keçiriləcək

Dövlət İmtahan Mərkəzi oktyabrın 28-də yeni təhsil proqramları (kurikulum) üzrə 2019-cu ilin qəbul imtahanı modelinə uyğun sınaq imtahanı keçirəcək

Dövlət İmtahan Mərkəzi oktyabrın 28-də yeni təhsil proqramları (kurikulum) üzrə 2019-cu ilin qəbul imtahanı modelinə uyğun sınaq imtahanı keçirəcək.

Mərkəzdən Son.az-a verilən məlumata görə, sınaq imtahanında iştirakçılara 2019-cu ildə ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul imtahanının modelinə uyğun olaraq hər ixtisas qrupunda 3 imtahan fənni üzrə test tapşırıqları təqdim olunacaq.

İmtahanlar Bakı, Sumqayıt, Naxçıvan, Gəncə, Şəki, Bərdə, Göyçay, Şirvan, Xaçmaz və Lənkəran şəhərlərində, ümumilikdə 18 binada təşkil olunacaq.

İmtahanda iştirak etmək üçün yazılış internet vasitəsilə aparılıb və 6600 şagird qeydiyyatdan keçib.

Sınaq imtahanı 1 növbə üzrə keçiriləcək və bütün binalarda saat 11:00-da başlanacaq.